RU

KİV: Putin və Tramp Alyaskada Ukraynanı bölüşdürə bilər

BAKI, 9 avqust. TELEQRAF

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında görüşün neytral ölkədə, məsələn, Səudiyyə Ərəbistanı və ya BƏƏ-də baş tutacağı gözlənilirdi. Amma Rusiya lideri Trampın evinə - Alyaskaya getməyə razılıq verdi.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Mənbənin fikrincə, Tramp bunun güc nümayişi olduğuna inansa belə, görüş Rusiya lideri üçün “böyük qələbə” olacaq.

ABŞ Beynəlxalq Cinayətlər Məhkəməsinin üzvü deyil, ona görə də Putinin həbs riski yoxdur. Amma səfərin baş tutması üçün ABŞ Maliyyə Nazirliyi Kreml sahibinin nümayəndəsi Kirill Dmitriyev apreldə Vaşinqtona uçanda olduğu kimi, ona qarşı sanksiyaları ləğv etməli olacaq. Məqalədə qeyd olunur ki, bu, Putinin Alyaskada görüşə razı olmasının bir səbəbi ola bilər.

“Trampın son günlər etdiyi təhdidlərə baxmayaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etmək əvəzinə, ABŞ onları ləğv edəcək. Müvəqqəti olsa belə, bu, çox simvolik olacaq və Moskva üçün böyük qələbə sayılacaq. Amerika lideri hər şeyin nəzarətində olduğunu düşünə bilər, ancaq vizual komponent Putin üçün beynəlxalq avantaj olacaq”, - mənbə yazıb.

Bundan əlavə, təhlildə bildirilib ki, görüşün nəticəsində Putin istədiyini əldə edəcək - Kiyevin iştirakı olmadan Ukrayna ərazilərini bölüşdürmək imkanı qazanmaq kimi:

“Bu, Putinin harada keçirilməsindən asılı olmayaraq görüşə razı olmasının başqa səbəbidir. Çünki bu, onun məqsədlərinə çatmaq üçün real imkandır”.

Qeyd edək ki, Alyaskada ABŞ və Rusiya liderləri arasında görüş avqustun 15-də keçiriləcək.

Избранный
66
50
teleqraf.com

10Источники