Rusiya Prezidenti Vladimir Putin ölkə tarixində Alyaskaya səfər edəcək ilk dövlət başçısı olacaq.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu, həmçinin Rusiya və keçmiş SSRİ liderləri arasında Alyaskaya ilk rəsmi səfər olacaq.
Qeyd edək ki, Rusiya prezidentinin ABŞ-yə son səfəri 2015-ci ildə baş tutub.
Görüşün 15 avqustda Alyaskada keçirilməsi planlaşdırılır. Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumatı təsdiqləyərək, görüş yerinin seçiminin iki ölkə arasındakı coğrafi yaxınlıqla bağlı olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Rusiya lideri Vladimir Putinlə tezliklə görüşəcəyini açıqlamışdı. O, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı bildirib. Daha sonra “Truth Social” şəbəkəsində görüşün 15 avqustda Alyaskada keçiriləcəyini dəqiqləşdirib.