RU

Paytaxtda təmizlik işləri aparılıb

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqustun 9-da paytaxtda təmizlik işləri aparılıb.

Bu barədə Aznews.az-a Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məlumat verilib.

Bildilib ki, son vaxtlarda havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib. Qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb. Bütün bunlar isti havalarda yaşıllıqların qurumasının qarşısını alır.

Qeyd olunub ki, isti havaları nəzərə alaraq, Mərkəzi Nəbatat Bağında iməcilik tədbirləri həyata keçirilib: "Burada ağaclara aqrotexniki qulluq göstərilib, qurumuş budaqlar kəsilib, ağacların dibi bellənib. Ümumi istifadə olan yollar yuyulub, təmizlik işləri həyata keçirilib".

Избранный
204
14
aznews.az

10Источники