RU

Prezident Trampla ilk görüşündən danışdı

Prezident Trampla ilk görüşümüz çox mehriban, səmimi və nəticəyə yönümlü oldu.

"Unikal" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, onun Prezident Trampa şəxsi münasibəti həmişə çox müsbət olub. “O, Azərbaycan xalqı kimi ailə dəyərlərini qiymətləndirən insandır.

Prezident Tramp sülh və nəzərəçarpacaq nəticələr gətirir. Bu nöqteyi-nəzərdən şəxsi münasibətlərimizi yüksək qiymətləndirirəm”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Избранный
93
45
unikal.az

10Источники