AZ

Paşinyan: ABŞ-də razılaşdığımız formula Rusiyaya da təklif olunmuşdu

BAKI, 9 avqust. TELEQRAF

Razılaşdırdığımız formul Ermənistan tərəfindən Rusiya Federasiyasına da təklif olunub.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Xatırlayırsınızsa, regional kommunikasiyalar məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu var idi. Biz həmişə bu məntiq çərçivəsində işləməyə hazır olduğumuzu ifadə etmişik. Niyə birbaşa və ya dolayı yolla buna maneə törədildiyi bizə heç vaxt aydın olmadı. Bu baş vermədi, çünki biz proseslərin Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını sarsıdan istiqamətə yönəldilməsi cəhdinin olduğunu gördük. Biz də bununla heç cür razılaşa bilməzdik.

Heç kim bizi səmimi olmamaqda ittiham edə bilməz, çünki biz həmişə demişik ki, bu bizim üçün qırmızı xəttdir. Bu baxımdan vəziyyətin dəyişməsi ondan ibarətdir ki, bu mətn daha aydın şəkildə yazılıb", - Paşinyan deyib.

Seçilən
88
4
teleqraf.com

10Mənbələr