ABŞ-nin Corciya ştatının Emori Universitetində atışma olub.
“Report” xəbər verir ki, bu barədə təhsil ocağının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
"Emoridə fövqəladə vəziyyət: Emori-Atlanta şəhərciyində atışma. Bu ərazidən uzaq olun. Təhlükəsiz yerə sığının", - məlumatda deyilir.
Hadisə yerində polis əməkdaşları işləyir.