RU

UEFA “Barselona”nın iki futbolçusunu cəzalandırdı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Barselona”nın hücumçuları Robert Levandovski (Polşa) və Lamin Yamalı (İspaniya) dopinq nəzarəti qaydalarını pozduğuna görə cərimələyib.

Bakues.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, futbolçular Çempionlar Liqasının yarımfinalının “İnter” ilə cavab oyunundan sonra proseduru pozublar. Onlar dopinq yoxlamasına gecikiblər və 5 min avro cərimələniblər.

Həmçinin matçdan sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flik davranış qaydalarını pozduğuna görə 20 min avro cərimələnib və UEFA-nın klub turnirində bir matçlıq diskvalifikasiya edilib.

Избранный
29
1
icma.az

3Источники