RU

Hökumət başçısı: Sülh sazişinin paraflanması yekun sazişin imzalanması yolunda böyük addımdır

BAKI, 9 avqust. TELEQRAF

Sülh sazişinin paraflanması mühüm hadisə, həmçinin yekun sülh sazişinin imzalanması və ratifikasiyası yolunda çox böyük addımdır.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Ümumiyyətlə, bəyannamə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlıdır. Bəyannamədə aydın şəkildə göstərilir ki, biz düşmənçilik səhifəsini bağlayırıq, güc tətbiqini istisna edirik və münasibətləri BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsi əsasında qururuq. Bu da o deməkdir ki, Sovet Ermənistanının ərazisi Ermənistan Respublikasının ərazisi ilə tamamilə eynidir, Sovet Azərbaycanının ərazisi Azərbaycan Respublikasının ərazisi ilə tamamilə eynidir. Biz bir-birimizin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını qarşılıqlı tanıyırıq. Bununla da, sülh bərqərar olur", - Ermənistanın Baş naziri bildirib.

Избранный
57
50
teleqraf.com

10Источники