RU

Türkiyəli müğənni vəfat etdi

Tanınmış müğənni Saadet Sun 81 yaşında vəfat edib.

Sənətçinin ölüm xəbərini həmkarı Işıl Yücesoy sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında “Necə yaxşı sənətçini, necə yaxşı insanı itirdik. Başımız sağ olsun” sözlərini yazıb.

1944-cü ildə anadan olan Saadet Sun 1960-cı illərdə teatr səhnəsində çıxış edib, 1970-ci illərdə isə “Sevgilim”, “Bilemiyorum” və “Mükafat” kimi mahnılarla tanınıb. Onun ifaları həmin dövrdə geniş dinləyici kütləsi qazanıb.

Milli.Az

Избранный
13
1
editor.az

2Источники