RU

Nazir: “Mənə görə, bura Azərbaycanın ən yaxşı stadionu olacaq”

“Ölkə başçısı tərəfindən qərar verildi ki, Gəncə şəhər stadionu yenidən qurulsun.

Buna çox ehtiyac var idi”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, Gəncə şəhər stadionundakı tikinti işlərindən danışıb:

“Məlum olduğu kimi, “Kəpəz” bir neçə ildir ev oyunlarını Gəncədə keçirə bilmir. Çünki stadion yararsız hala düşmüşdü.

İki ilə yaxındır ki, biz bu stadionu inşa edirik. MDB Oyunlarının açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda keçiriləcək.

Mənə görə, bu stadion Azərbaycanın ən yaxşı futbol arenası olacaq. Çox müasir standartlara cavab verəcək.

Bu idman qurğusu şəhərin simvollarından birinə çevrilə bilər. Gəncə şəhər stadionu UEFA standartlarına cavab verən bir arena olacaq”.

Üçüncü MDB Oyunları 2025-ci il 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.

Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda keçiriləcək.

Избранный
15
1
sportinfo.az

2Источники