Avstriya XİN: Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayırıq
Avstriya Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş tarixi razılaşmanı alqışlayır.
“Report” xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
“Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhə doğru mühüm addım atıldı. Biz bütün regionun (Cənubi Qafqazın - red.) xeyri naminə ölkələr arasında sülh sazişini dəstəkləyirik. Avstriya bu prosesin gələcək addımlarına yardım etməyə hazırdır”, - Avstriya XİN-in məlumatında qeyd olunub.
Important step towards peace between #Armenia and #Azerbaijan achieved in Washington today: We support the initialling of a peace agreement for the benefit of the whole region. stands ready to assist in next steps.https://t.co/ZfytigIU0q