"İmişli" yay hazırlıq planı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisinin növbəti rəqibi "Sumqayıt"ın əvəzedicilər komandası olub.
Bakı Olimpiya stadionunun məşq meydançasında oynanılan görüşdə qapılara qol vurulmayıb - 0:0.
"İmişli" daha əvvəl"Araz-Naxçıvan"ın əvəzedici komandası (2:1), "Sabah"ın əvəzedici komandası (2:1), "Sumqayıt" (0:0) və "Karvan"la (1:2) üz-üzə gəlib.