RU

ABŞ, Azərbaycan və Ermənistan liderləri bir arada: mühüm sənəd imzalandı, birgə mesajlar verildi - CANLI YAYIM (VİDEO, FOTOLAR) - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezident Donalda Tramp, Ermənistan Baş naziri Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb.

Mia.az xəbər verir ki, sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanıb.

İlham Əliyev isə ABŞ liderinin Nobel mükafatını haqq etdiyini dilə gətirib: "Nikol Paşinyanla birgə Nobel komitəsində Donald Trampla bağlı müraciət edək. Donald Tramp buna layiqdir. O, qısa bir zamanda uzun çəkən danışıqlar prosesini yekunlaşdıra bildi. Biz Ermənistan Baş naziri ilə birlikdə məktub yazıb, müraciət edə bilərik". 

"Prezident Tramp və onun komandası olmasaydı, biz uzunmüddətli danışıqlar prosesində qalardıq".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib: "Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi. Azərbaycan xalqı bir çox regionlara, o cümlədən Cənubi Qafqaza sülh gətirən ABŞ Prezidenti Donald Trampın sülhməramlı siyasətini daim xatırlayacaq".

"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq".

"Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm".

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib: "Uzun illər əvvəl Azərbaycana tətbiq edilən “907-ci düzəliş”in bu gün ləğv edilməsinə görə sizə təşəkkür edirəm. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşına həkk olunacaq".

"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək",- deyə, o bildirib.

ABŞ və Azərbaycan Prezidentləri Donald Tramp və İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatla çıxış edirlər.

Mia.az xəbər verir ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşləri olub.

ABŞ ilə Azərbaycan arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Mia.az xəbər verir ki, memorandum Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqındadır.

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə rəsmi şəkildə qarşılayıb.

Mia.az xəbər verir ki, ABŞ və Azərbaycan bayraqları önündə dayanan iki lider səmimi şəkildə salamlaşıblar. Tramp İlham Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında qısa müddətli səmimi söhbət aparıb.

***

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

ABŞ-da səfərdə olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün Ağ evdə görüşləri olacaq.

Mia.az
 xəbər verir ki, İlham Əliyevin ABŞ prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.

Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) Donald Trampın iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

ABŞ prezidenti ötən gün "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

Azərbaycan prezidentinin görüşlərini aşağıdakı linklərdən canlı izləmək olar:

Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir.

Mia.az Report-a istinadla xəbər verir ki, hər iki ölkənin bayraqları artıq Ağ Evin giriş qapısına gətirilib. Təhlükəsizlik tədbirləri gücləndirilib, qarovul düzülüb və hazır vəziyyətə gətirilib.

Избранный
79
25
mia.az

10Источники