RU

Şəkərsiz çayın unikal effekti üzə çıxıb...

Şəkərsiz çayın müntəzəm istehlakı xərçəng və ürək-damar xəstəlikləri də daxil olmaqla bütün səbəblərdən ölüm riskinin azalması ilə əlaqələndirilir.

SİA-nın məlumatına görə, Böyük Britaniyanın Biobank layihəsində təxminən 197 000 iştirakçının məlumatlarını təhlil edən tədqiqatçılar belə nəticəyə gəliblər.

Nəticələr Frontiers in Nutrition jurnalında dərc olunub.

...13,5 illik müşahidələr zamanı 11 718 ölüm, o cümlədən xərçəngdən 6 415, ürək-damar xəstəliklərindən 2 202 ölüm qeydə alınıb.

Ən aşağı risk gündə orta hesabla 3,5-4,5 stəkan şəkərsiz çay içən insanlarda müşahidə olunub.

Onlarda çay içməyənlərlə müqayisədə ümumi ölüm nisbəti 20 faiz, xərçəngdən ölüm nisbəti 14 faiz və ürək-damar xəstəliklərindən ölüm nisbəti 27 faiz aşağı olub.

Şəkər və ya süni tatlandırıcılar əlavə edilmiş çayın belə faydaları yox idi.

Müəlliflərin fikrincə, şirin əlavələr içkinin faydalı təsirlərini neytrallaşdıra bilər və maksimum fayda əldə etmək üçün şirinləşdiricilər olmadan çay içmək daha yaxşıdır.

Alimlər vurğulayırlar ki, əldə edilən məlumatlar əlavə edilmiş şəkərlərin istehlakını azaltmaq üçün tövsiyələrə uyğundur və ömrün uzadılmasına yönəlmiş məsləhətlər üçün əsas ola bilər. İyul ayında nanə çayının beyin üçün faydaları üzə çıxdı - bir araşdırma göstərdi ki, o, yaddaşı, diqqəti və içdikdən dərhal sonra problemləri həll etmək qabiliyyətini yaxşılaşdırır.

Nazlı Almuradova

Избранный
14
sia.az

1Источники