RU

Uşaqlarda məsuliyyət hissi formalaşdırılmalıdır

Uşaqlarda məsuliyyət hissinin formalaşması valideynləri narahat edən əsas məsələlərdən biridir.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqlarda məsuliyyət hissini formalaşdırmaq üçün valideyn köməyi vacibdir:

“Valideyn onun məsuliyyətində olanları məsələn, dərs oxumaq zamanı ananın uşağı təhrik etməsi, hər səhər bağçaya və ya məktəbə getməsi üçün gəlib onu oyandırması və s olmalıdır. Uşaqlar öhdəliklərini anlamaq, icra etmək kimi bacarıqlar formalaşacaq ki, bu da bilavasitə onda məsuliyyət hissi yaradacaq. Uşaq müəyyən yaşa, məsələn 9-10 yaşına çatmasına baxmayaraq, öz şəxsi gigiyenasına baxmırsa, əşyalarına qarşı səliqəsiz və dağınıqdırsa bu uşaqda məsuliyyət hissindən danışmaq  olmaz. Məsuliyyət hissi yaratmaq üçün zor və təzyiqdən istifadə etmək olmaz, çünki bu, valideynlə övlad arasında konflikt və narazılıq yaradar, üstəlik həmin hissin yaranmasına mane olmaqla yanaşı onu tərsliyə sövq edər”.

Sevinc

Избранный
18
hit.az

1Источники