RU

Ronaldu "Qızıl top"u uydurma adlandırdı

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən, beşqat "Qızıl top" sahibi portuqaliyalı hücumçu Kriştianu Ronaldu mükafatı uydurma adlandırıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, Ronaldunun şərhini "Al Nassr Zone" paylaşıb.

"Bu il "Qızıl top"? Mənim üçün bu uydurmadır", - futbolçu bildirib.

Qeyd edək ki, ötən gün Fransanın "France Football" jurnalı "Qızıl top"a namizədlərin adını açıqlayıb. Mükafat 2024/25 mövsümünün ən yaxşı futbolçusuna veriləcək.

Ronaldu artıq ikinci ildir ki, namizədlər arasında olmayıb. Portuqaliyalı 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə bu mükafata layiq görülüb.

"Cebheinfo.az" 

Избранный
24
3
cebheinfo.az

4Источники