RU

Ağ Evdə tarixi görüş üçün hazırlıq yekunlaşıb - VİDEO

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın ikitərəfli və Ermənistan Baş naziri Nikol Paşinyanla keçiriləcək üçtərəfli görüşə hazırlıqlar yekunlaşıb.

Operativ Media xəbər verir ki, danışıqların keçiriləcəyi Ağ Evin qarşısında hər üç ölkənin dövlət bayraqları düzülüb.

Fəxri qarovul üçün hərbçilər əraziyə gəliblər. Media nümayəndələri də Ağ Evin qarşısına və Oval ofisə toplaşırlar.

Üçtərəfli görüşə dünya mətbuatı böyük maraq göstərir. Onlarla media qurumunu təmsil edən jurnalistlər görüşü işıqlandırmaq üçün gözləyirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədirlər.

Избранный
34
2
operativmedia.az

7Источники