RU

Samuxda Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsi anılıb

Samux, 8 avqust, Vüsalə Cənnətova, AZƏRTAC

Samuxun Alıuşağı kəndində Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL-ın vitse-prezidenti İlham Əmirov, Hökümə Əliyevanın həmkarları iştirak ediblər.

Çıxış edənlər vurğulayıblar ki, Hökümə Əliyeva 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Samuxun Alıuşağı kəndində məskunlaşıb. Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

Ailəsinin təşəbbüsü ilə Alıuşağı kəndində Milli Qəhrəmanın xatirəsinə yaradılan, onun fotolarının, şəxsi əşylarının sərgiləndiyi guşəyə də baxış keçirilib.

Избранный
46
1
azertag.az

3Источники