AZ

Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsi anılıb

Samuxun Alıuşağı kəndində Milli Qəh­rəman Hökumə Əliyevanın doğum günü ilə bağlı anım mərasimi keçirilib. Mərasim­də Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, AZAL-ın vitse-prezidenti İlham Əmirov, Hö­kümə Əliyevanın həmkarları iştirak ediblər.

Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroz­nıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxın­lığında qəzaya uğraması nəticəsində həlak olub. Pre­zident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbay­canın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” me­dalına layiq görülüb.

Mərasim iştirakçıları ailəsinin təşəbbüsü ilə Alı­uşağı kəndində Milli Qəhrəmanın xatirəsinə yaradı­lan, onun fotolarının, şəxsi əşyalarının sərgiləndiyi guşəyə də baxış keçiriblər.

XQ

Seçilən
4
1
xalqqazeti.az

3Mənbələr