RU

UEFA "Barselona"nın baş məşqçisini bir oyunluq diskvalifikasiya edib

UEFA İntizam Komitəsi İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Fliki bir oyunluq diskvalifikasiya edib.

"Report" "AS" nəşrinə istinadən xəbər verir ki, buna İtaliyada “İnter”lə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra almaniyalı mütəxəssisin əsas davranış prinsiplərini pozması və ədəb qaydalarına əməl etməməsi səbəb olub.

O, 1 matçlıq cəzalandırılması ilə yanaşı 20 min avro cərimələnib. 60 yaşlı baş məşqçi Çempionlar Liqasında 2025/2026 mövsümünün ilk oyununu tribunadan izləməli olacaq.

Bundan başqa, kataloniyalıların iki üzvü - hücumçu Robert Levandovski və yarımmüdafiəçi Lamin Yamal rəsmi dopinq-nəzarət nümayəndəsinin göstərişlərinə əməl etmədiklərinə və vaxtında dopinq nəzarəti zonasına gəlmədiklərinə görə hər biri 5 min avro məbləğində cərimələniblər.

"Barselona" azarkeşlərinin meydançaya yad əşyalar atmasına görə 5250 avro, pirotexniki vasitələrdən istifadə etdiyinə görə isə 2500 avro ziyana düşüb.

Избранный
9
report.az

1Источники