Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi sosial mediada verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsini müzakirə etdiklərini açıqlayıb.
Modi, "Dostum prezident Putinlə çox xoş və təfərrüatlı görüş keçirdim. Ukrayna ilə bağlı son hadisələri paylaşdığı üçün ona təşəkkür etdim. Hindistan-Rusiya İmtiyazlı Strateji Tərəfdaşlığını dərinləşdirməyə dair öhdəliyimizi təkrarladıq. Prezident Putinin bu ilin sonunda Hindistana səfərini səbirsizliklə gözləyirəm" deyib.
Məryəm Quliyeva