RU

60 yaşımı qızım olmadan tamamladım... - Hökumənin atası

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günüdür. Qeyd edək ki, o, Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərirdi, yaşasaydı bu gün 34-cü doğum gününü qeyd edəcəkdi. 

Modern.az Hökumə Əliyevanın atası Cəlil Alıyevlə həmsöhbət olub. 

O, bu gün Hökuməyə həsr olunan xüsusi guşənin də açılışı olduğunu bildirib:

“Evinin 2 otağını Hökuməyə həsr olunan guşəyə çevirmişik. Onun bütün əşyaları, bütün şəkillərini - uşaqlıqdan indiyədək – həmin guşədə yerləşdirmişik. Samux rayonun Aluşağı kəndində yerləşir, kim istəyirsə gəlib ziyarət edə bilər”. 

Cəlil Alıyev Hökumənin ona aldığı xüsusi əşya haqqında da danışıb:

“Onun bütün əşyaları mənim üçün dəyərlidir. Hər əşyası əzizidir, onu xatırladır. Təzyiqim olduğu üçün xüsusi daşlardan düzəldilən sep almışdı ki, həmişə taxım. O hədiyyəni ömür boyu saxlayacağam”. 

“Bu gün mənim də ad günümdür, 60 yaşımı qızım olmadan tamamladım. Sonuncu dəfə iki il əvvəl Bakıda birlikdə ad günümüzü qeyd etmişdik. O, təmtəraq sevən qız deyildi, öz işi ilə məşğul olurdu, işinə gedib-gəlirdi. Təsadüfü xüsusi günlərdə gəzintilərə çıxardıq”- deyə C. Alıyev bildirib.  


1454530

1454531

1454532

1454535

1454534

Избранный
77
50
modern.az

10Источники