RU

Yaxtada istirahət edən AZƏRBAYCANLI MƏŞHURLAR

Yay mövsümü başlayandan azərbaycanlı məşhurlar müxtəlif ölkələrə istirahətə gedirlər. Bəziləri həmin ölkələrdəki istirahətini kurort mərkəzlərində, bəziləri isə yaxtalarda keçirir. 

Far.Az saytı yaxtada dincələn məşhurların siyahısını təqdim edir:

Stilist-vizajst Emil Hacıyev

Məşhur vizajist Emil Hacıyev yaxtda istirahıət edən məşhurlardandır. O bu il istirahətini turistlərin axın etdiyi kurort mərkəzlərində birində keçirib. Hacıyev yaxtadakı istirahətindən görüntüləri də izləyiciləri ilə bölüşüb. Emil görüntülərə "Dəniz danışmır… amma hər şeyi anlayır" qısa şərhini də əlavə edib. 

Müğənni Günay İbrahimli

Müğənni Günay İbrahimli demıək olar ki, yay boyunca istirahət edib. O bir neçə gün əvvəl yaxın rəfiqəsi ilə Misirdə dincəlib. Günay istirahətinin bir hissəsini yaxtada keçirib. İfaçı bu barədə sosial şəbəkə hesabında bildirib. Onun lüks yaxtadan lentə alınan videosu izləyiciləri tərəfindən maraqla qarşılanıb. 

Aparıcı Ceyhun Əli

Ceyhun Əli hazırda qardaş ölkə Türkiyədə dincəlir. O Çeşmədə dincəlir. Ceyhun bu barədə sosial şəbəkədə görüntülər paylaşıb. Ceyhun istirahətini dənizdə yaxtada təşkil edib.

Müğənni Mina Hüseyn

Mina Hüseyn də bir çox məçhur kimi istirahətini Türkiyədə təşkil edib. Sənətçi yaxtada dincəlir. O əyləncəli anlarını sosial şəbəkə islzəyiciləri ilə bölüşüb. 

Müğənni Mərdan Kazımov

Sənətçi Mərdan Kazımov bloger həyat yoldaşı Nəzrin Nəcəfova ilə bir neçə gündür ki, Monteneqroya yollanıb. Cütlük oradakı istirahətinin bit hissəsini yaxtada keçirib. Sənətçi yaxın dostları ilə birlikdə yaxtada mahnı da oxuyaraq xeyli əylənib. Bu barədə Mərdan sosial şəbəkədə görüntülər paylaşıb. 

Meyxanaçı Namiq Qaraçuxurlu

Namiq Qaraçuxurlu həmkarlarından fərqli olaraq istirahətini paytaxtdakı kurort mərkəzlərindən birində keçirib. o sosial şəbəkədə sürətli qayıqda çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. 

Model Diana Əhədpur

Azərbaycanlı model Diana Əhədpur bir neçə gün əvvəl Bodrumda oğlu ilə istirahət edib. O yaxtadakı istirahətindən olan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. 

Избранный
16
far.az

1Источники