RU

Sxadadze: “Gənc futbolçulara təcrübə lazımdır”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze ötən gün “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, gürcü mütəxəssis 2:2 hesabıyla yekunlaşmış matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“İlk növbədə “Sumqayıt”a təşəkkür etmək istəyirəm. Çox yaxşı oyun oldu. Həm sürətdə, həm də birəbir mübarizələrdə hər iki komanda yaxşı çıxış etdi. Təlim-məşq toplanışının sonuna çatırıq. Futbolçularda yorğunluğun olması gözlənilirdi. Lakin bunu heç bir komandada görmədik. Çoxlu qol vəziyyətləri yaradırıq. Sadəcə, son nöqtəni qoymaqda müəyyən problemlərimiz olur. Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. Gənc futbolçulara hələ təcrübə lazımdır. Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı.

Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam. Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uuğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.

Избранный
133
31
arena.az

10Источники