RU

Ağdərə, Laçın və Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib  

İşğaldan azad olunmuş ərazilərin sakinləri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların qurulması işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu dəfə Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən daha 26 şəxsi proqram çərçivəsində aktivlərlə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, verilmiş aktivlər hesabına həmin sakinlər maldarlıq, keçiçilik, qoyunçuluq və arıçılıq zərfləri üzrə öz təsərrüfatlarını yaradıblar.

Proqram iştirakçıları doğma yurdlarında təsərrüfatlarını qurmaq üçün göstərilən dəstəkdən razı qaldıqlarını bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Onlar qurduqları həmin təsərrüfatları daim genişləndirməyə çalışacaqlarını vurğulayıblar.

Beləliklə, Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüş sakinlərdən artıq 220 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Избранный
21
5
azerbaijan-news.az

7Источники