RU

Ağdərə, Laçın, Xocalı rayonlarında daha 26 sakinə özünüməşğulluq proqramı üzrə aktivlər verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi bu dəfə Ağdərə, Laçın və Xocalırayonlarına köçürülmüş sakinlərdən daha 26 şəxsi proqramçərçivəsində aktivlərlə təmin edib.

Trend xəbərverir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, verilmiş aktivlər hesabına həmin sakinlərmaldarlıq, keçiçilik, qoyunçuluq və arıçılıq zərfləri üzrə öztəsərrüfatlarını yaradıblar.

"Proqram iştirakçıları doğma yurdlarında təsərrüfatlarınıqurmaları üçün göstərilən dəstəkdən razı qaldıqlarını bildirib,dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Onlar qurduqları bu təsərrüfatları daim genişləndirməyəçalışacaqlarını vurğulayıblar.

Beləliklə, Ağdərə, Laçın və Xocalı rayonlarına köçürülmüşsakinlərdən artıq 220 şəxs üçün özünüməşğulluq proqramıçərçivəsində kiçik təsərrüfatlar qurulub",- deyə məlumatdabildirilib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizin sakinləriüçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarınqurulması işləri davam etdirilir.

Məqalədə:
Избранный
20
5
az.trend.az

7Источники