RU

Putin Tokayevlə telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə cümə axşamı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffla görüşünün nəticələri barədə telefonla məlumat verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 Putin Tokayevlə “Rusiya-Qazaxıstan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri ruhunda Ukrayna böhranının nizamlanması üzrə Vaşinqtonla dialoqun gedişi, o cümlədən ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff ilə bu yaxınlarda keçirilmiş görüşün əsas nəticələri barədə danışıb.

“Kasım-Jomart Tokayev məlumat üçün minnətdarlığını bildirərək, münaqişənin sülh yolu ilə həlli yollarının tapılmasına yönəlmiş addımları alqışlayıb”, - Kremldən bildiriblər.

 

Tərəflər Moskva və Astana arasında iqtisadi əməkdaşlığın inkişafının praktiki aspektlərini də müzakirə ediblər.

Избранный
34
ucnoqta.az

1Источники