RU

Alimlər okeanın dərinlyindən gələn qadın səsini izah edə bilmirlər

Təxminən 25 il əvvəl NASA “Culiya” adı verilmiş  qeyri-adi və yüksək səsi qeydə alıb. Qadın səsini xatırladan bu səs Sakit okeanda qeydə alınıb və onun mənbəyi hələ də elm adamları arasında çoxlu suallar yaradır.

AzPost Pravda.ru-ya istinadən xəbər verir ki, səs yazısı Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tərəfindən aparılıb və səs 4500 kilometrdən çox məsafədə eşidilib.

Səs qeydə alındıqdan sonra NASA araşdırma aparıb və mənbənin mümkün yerini Branfild boğazı ilə Adare burnu arasındakı əraziyə qədər daraldıb. Səsin müddəti təxminən üç dəqiqə olub, lakin mənşəyi heç vaxt müəyyən edilməyib. Səslərin qeydə alındığı yerlər bir-birindən xeyli məsafədə yerləşdiyindən mənbənin müəyyən edilməsi çətinləşir.

Bunu əhatə edən sirr bir çox komplo nəzəriyyələrin yaranmasına səbəb olub. Bəziləri bunun yadplanetli gəmi ola biləcəyini fərz edirdilər, lakin belə fərziyyələr çətin görünür. Hətta internetdə səs-küylə eyni vaxtda çəkilmiş NASA Apollo 33A5 kosmik gəmisinin görüntülərinin Cape Cadre bölgəsində böyük bir kölgə göstərdiyinə dair şayiələr var.

“Culiya”nın Antarktida sahillərində sualtı qaya ilə böyük aysberqin toqquşması nəticəsində yarana biləcəyi nəzəriyyəsini irəli sürüb, lakin bu versiya hələ təsdiqini tapmayıb.

AzPost.az

Избранный
10
azpost.info

1Источники