RU

“Ford” və “Opel” toqquşub: Xəsarət alanlar var

Qaxda qəza baş verib.

Bakues.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan sərnişinlər – 1987-ci il təvəllüdlü Səmayə Şıxəliyeva və Elçin adlı Qax rayon Qaşqacay kənd sakini xəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Избранный
19
2
icma.az

3Источники