Türkiyədə beşulduzlu oteldə rusiyalı turistlər kütləvi şəkildə zəhərlənib.
Publika.az “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, hadisə
Alanyadakı "Club Hotel Anjeliq”də baş verib. Orada istirahət edən ruslar zəhərlənmədən şikayət ediblər.
Turistlərdə yüksək hərarət, ürəkbulanma və qusma halları olub.