RU

Bərdədə meşəlik ərazisində qanunsuz əkin aparılıb? - Nazirlik "iddialar araşdırılıb, fakt təsdiqlənməyib" deyir

13 sayli Bərdə regional Meşə təsərrüfatı mərkəzinin Bük meşəbəyliyində "Aqrobağ" adı altında texniki və bostan sahəsi salınıb.

Bu barədə Mia.az-a Bərdədən verilən məlumata görə, aqrobağın sahibi Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəhbərliyində təmsil olunan şəxslə qohumdur.

İddiaya görə, bu səbəbdən 13 saylı Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Məzahir Qasımov meşəlik ərazidə əkin sahəsi salınmasına göz yumub: "Çünki oğlu Suların istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin regional şöbəsində işləyir..."

Məlumatla bağlı Ekologiya və Təbii Sərvbətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Mia.az-ın sorğusuna cavab olaraq bildirib ki, bir neçə ay əvvəl adıçəkilən mərkəzin rəhbərliyinin quruma məxsus texnikaları öz şəxsi torpaq sahələrində istifadəsinə dair yazı verllib: "Həmin vaxt bu və ya digər məqamlarla bağlı ətraflı araşdırma aparıldı və iddialar təsdiqlənmədi. Yəni, qeyd edilən iddialaırn heç bir əsasə yoxdur, bunlar həqiqəti ks etdirmir".

Samir MUSAYEV

MİA.AZ
 

Избранный
52
44
mia.az

10Источники