AZ

ETSN susur, 6 saylı RETSİ və Meşə Təsərrüfatı Mərkəzi ekologiyanı belə məhv edir - Meşə ərazisindəki qanunsuz RESTORANAR, KAFELƏR KİMLƏRİNDİR?

İSMAYILLI MEŞƏLƏRİNDƏ TİCARƏT OBYEKTLƏRİNƏ KİMLƏR İCAZƏ VERİB?

İSMAYILLI

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunandan sonra nə dəyişib?

Məlum olduğu kimi ötən ilin təxminən bu günlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub. Ötən bir il ərzində görülən işlərlə bağlı cənab nazirin birinci müavini ölkə başçısı qarşısında öz hesabatını verəcək, bu ayrı məsələdir. Ona görə ki, bu gün nazir postu boşdur.
İsmayıllıda gördüyümüz mənzərə onu deməyə əsas verir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin
6 saylı İsayıllı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ya bu sahəyə nəzarəti tamamilə itirib, yada ki, maddiyyat qarşılığında hər şeyə göz yumur.
Əks təqdirdə İsmayıllıdan Qəbələyə gedən yolun üzərindəki meşə zolaqlarında quraşdırma adı ilə daşla aparaılan tikintilərə rast gəlməzdik.
İSMAYILLI
Əvvəlcədən deyim ki, dərhal iş adamları Şəhid ailələri və qaziləri önə çəkərək bu obyektlərin onların olduğunu deyəcəklər. Tutaq ki, yüzlərlə obyektin içərisində beş obyekt də Şəhid ailəsi, vəyaxudda qazilərə məxsusdur, olsun, halal xoşları olsun bəs geridə qalan milyonlarla qiyməti olan obyektlər kimindir? Odur ki, Şəhid ailələrindən qalxan kimi istifadə edənlərədir sözümüz, realist olun, bu obyektlərin qazancı sizindir.
Bəzi iş adamlarıyla apardığımız səmimi söhbətlərdən belə məlum oldu ki, son illər bu kimi obyektlərin çoxu ilə sözügedən nazirlik arasında müqavilə belə bağlanmır. Əslində onlar özlərini sığorta etmiş kimi göstərirlər, yəni birdən hər hansı xoşagəlməz hadisə baş verərsə Cənab Prezidentə desinlər ki, bizim xəbərimiz yoxdur?! Çox gülməlidir vallah, kimi aldadırsınız? İllər öncə sözügedən nazirlik bu obyektlərin çoxuyla müqavilə bağlayıb axı, bu gün nədir dəyişən? Əslində burada başa düşüləsi elə də çətin vəziyyət yoxdur. Müqavilə yoxdursa Dövlət büdcəsinə rüsum da ödənilmir. Bəs onda necə olur, bu milyonluq qiyməti olan obyektlər heç kimə heç nə ödəmədən fəaliyyət göstərirlər? Bəlkə vəsaiti ETSN-nin “6 saylı İsmayıllı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və yaxudda 6 saylı İsmayıllı Regional Meşə Təsərrüfatı mərkəzinə ödəyirlər”. Əlbəttə ki, bu artıq hüquq-mühafizə orqanlarına aid məsələdir. Ümumiyyətlə Ekologiya nazirliyinin həm özünün, həm də meşə idarələrinin adının tez-tez dəyişdirilməsi də düşündürücü bir faktdır.
İSMAYILLI
Əvvəlki meşə idarələri dönüb oldular “meşə mühafizəsi və bərbası müəssisələri”, daha sonra “Regional Meşə Təsərrüfatı Mərkəzləri” bundan sonra nə olacaq bilmirəm. Bəlkə düşünürlər ki, on il əvvəl bağlanmış müqavilələri on il sonra ETSN-yi tərəfindən bağlanılmadığını deyəcəklər. Düşünmürəm bu qədər savadsız yanaşma olunsun, bəs onda bu qədər ad dəyişməyə səbəb nədir?
Bu gün 6 saylı İsmayıllı Regional Meşə Təsərrüfatı mərkəzinin “Delyanka” adıyla kəsilməyə göz yumduğu digər ağaclara kim nə söz deyə bilərki?!
İsmayıllı RİH-nin başçısı da, meşə ərazisi olan və magistral yol kənarındakı günü-gündən göbələk kimi artan iaəşə obyektlərinə elə də narazılığın bildirmir, əks təqdirdə belə obyektlərin sayı ən azından artmaz.

Əlmaniz Ələkbərli
Baş Redaktor.

Seçilən
28
44
paytaxt.org

10Mənbələr