RU

İranla əlaqə: ABŞ 18 şəxs və təşkilata sanksiya tətbiq etdi

ABŞ Dövlət Departamenti İrana qarşı yeni sanksiyalar elan edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İrana bağlı 18 şəxs və təşkilat İranın ABŞ-ın sanksiyalarından yayınmasına şərait yaratdığına görə sanksiya siyahısına əlavə edilib.

Məlumata görə, hədəflənənlər arasında maliyyə və İT şirkətləri var. Bəyan edilib ki, ABŞ İranın sanksiyalardan yayınmaq və qeyri-qanuni yolla əldə edilmiş xarici gəlirləri geri qaytarmaq səylərinə qarşı mübarizə aparacaq.

Избранный
114
24
publika.az

10Источники