RU

Azərbaycanda kommersiya qurumlarının sayı 8,1% artıb

2025-ci il avqustun 1-nə Azərbaycanda uçotda olan vergi ödəyicilərinin ümumi sayı 1.637.784 nəfərə çatıb.

Finss.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla yaydığı xəbərə əsasən, vergi ödəyicilərinin 86,9 faizini fiziki şəxslər, 13,1 faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə:

* Vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz,
* Fiziki şəxslərin sayı 4,4 faiz,
* Hüquqi şəxslərin sayı isə 7,4 faiz artıb.

Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 198.371 olub ki, bu da illik müqayisədə 8,1 faiz artım deməkdir.

2025-ci ilin yanvar–iyul aylarında 8.196 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan:

* 88,5 faizi yerli investisiyalı,
* 11,5 faizi isə xarici investisiyalı olub.

Qeydiyyata alınan kommersiya hüquqi şəxslərinin strukturuna gəlincə:

* 91,8 faizi məhdud məsuliyyətli cəmiyyət,
* 1,1 faizi səhmdar cəmiyyət,
* 1,1 faizi kooperativ və digər təşkilati-hüquqi formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,6 faizi elektron qaydada qeydiyyatdan keçib. Yerli investisiyalı MMC-lər üzrə e-qeydiyyatın xüsusi çəkisi isə 96,1 faizə çatıb.

Fuad Mədətov
Finss.az

Избранный
7
3
fins.az

10Источники