AZ

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il avqustun 1-nə Azərbaycanda 1 637 784 vergi ödəyicisi olub.

AzNews.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 4,8 % çoxdur.

Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 4,4 %, şirkətlərin sayı isə 7,4 % artıb.

İyulun sonuna ölkədə 198 371 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8,1 % çoxdur.

Təkcə bu ilin 7 ayında 8 196 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,5 %-i yerli investisiyalı, 11,5 %-i xarici investisiyalıdır.

Seçilən
40
6
aznews.az

10Mənbələr