RU

Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsızlıq edilib? - DİN-dən açıqlama

Bir neçə gün bundan öncə Tovuz rayonunun kəndlərindən birində 11 yaşlı qız uşağına qarşı 25 yaşlı həmkəndlisi tərəfindən mütəmadi olaraq seksual hərəkətlər olunduğu haqda məlumatlar yayılıb.
 
Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva paylaşım edib.
 
O qeyd edib ki, məsələ ilə əlaqədar azyaşlının yaxınları tərəfindən ona müraciət olunub. Jurnalist qeyd edib ki, sonuncu dəfə 30 iyulda uşaq evə gələrək qarın nayihəsində ağrılarının olduğunu bildirib. Bununla da hər şey məlum olub:
 
"Qeyd edək ki, uşaq anadan olandan anası tərəfindən imtina olunub, atası ilə yaşayıb, ata da başqa xanımla ailə qurub. 11 yaşlı qız uşağının yaxınlarının dediklərinə görə, uşağa qarşı cinsi seksual hərəkətlər edən 25 yaşlı qonşu oğlanın ailəsi maddi cəhətdən təminatlıdır".
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov bildirib ki, Tovuz rayonunda azyaşlıya qarşı törədildiyi iddia olunan hüquqazidd hərəkətlərlə bağlı yayılan məlumatlar nəzarətə götürülüb:
 
"İddialar üzrə prosessual araşdırmalara başlanılıb. Müvafiq ekspertizalar təyin olunub, bütün halları araşdırma predmetidir. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcəkdir".
 
Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu sorğumuza cavabda bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlayaraq məlumat alıblar.
 
"Tovuz Rayon Polis İdarəsindən belə bir hadisənin baş verdiyini təsdiqlədlədilər. Sabah aidiyyatı qurumlarla əlaqə saxlanılaraq məsələ araşdırılacaq", deyə Komitə sözçüsü bildirib.
Избранный
28
12
moderator.az

10Источники