RU

"Bu transfer pəncərəsi klub üçün fəlakət ola bilər"

“Nyukasl”ın sabiq ulduzu Alan Şirer İngiltərə klubunun “Leyptsiq”in hücumçusu Benjamin Şeşkonu ala bilmədiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az “Mirror”-a istinadən xəbər verir ki, sabiq hücumçu bunu deyib:

“Bu transfer pəncərəsi klub üçün fəlakət ola bilər. “Nyukasl” son mövsümdə Çempionlar Liqasına vəsiqə qazandı və “Mançester Yunayted” fəlakətli çıxış etdi.

Lakin Şeşko hələ də “Mançester Yunayted”ə daha çox getmək istəyir. Onlar hələ də böyük klubdurlar. Mən onun seçimini başa düşürəm”.

Şeşko karyerasını “qırmızı şeytanlar”ın heyətində davam etdirməyə hazırlaşır.

22 yaşlı forvard son mövsümdə Almaniya Bundesliqasında 33 matçda meydana çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Избранный
9
sportinfo.az

1Источники