RU

Kidmanın qızı anasının qarderobunu “sevimli mağazası” adlandırır...

...Aktrisa Nikol Kidmanın və musiqiçi Keyt Urbanın qızı, 17 yaşlı Sandey Roze Kidman Urban sürətlə moda dünyasına daxil olur və bunu anasının dəstəyi ilə edir.

SİA-nın məlumatına görə, Sandey Nikolun şkafından borc almağı sevdiyini etiraf edib: "Mən bəzən zarafat edirəm ki, bu, mənim sevimli mağazamdır".

“Oskar” laureatı Nikol daha əvvəl demişdi ki, qırmızı xalçadakı bütün görünüşlərini qızları üçün saxlayır. O deyir ki, bu paltarlar “muzey parçalarıdır”.

Sandey artıq moda dünyasında adından söz etdirib.

O, ilk dəfə 2024-cü ilin oktyabrında “Miu Miu” şousunda podiuma çıxıb və 2025-ci ilin yazında Parisdəki moda evinin nümayişində geri dönüb.

Onun stili və valideynləri ilə qırmızı xalçada çıxışları mediada müzakirə mövzusuna çevrilib.

...Sandey anasının uşaq ikən çəkilişlərini izləyərək modellik karyerasını davam etdirməkdən ilham aldığını söyləyib. Bununla belə, ilk nümayişində o, moda haqqında düşünmürdü: "Məktəb işlərinə görə narahat idim",- deyib.

Məşhur uşaqların tənqid olunmasına baxmayaraq, Sandey sakitliyini qoruyur: "Hər kəsin öz fikri var. Əsas odur ki, anın həzzini almaq və hər addımda daha yaxşı olmaqdır".

Nazlı Almuradova

Избранный
20
sia.az

1Источники