RU

Rusiya Təhsil Nazirliyindən miqrant uşaqların pullu təhsil alması təşəbbüsünə CAVAB

"Rusiyada məktəblərdə 1-11-ci sinif migrant uşaqlar üçün pullu təhsil sisteminin tətbiqi təşəbbüsü ölkə Konstitusiyasına ziddir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Təhsil Nazirliyinin Dövlət ümumi təhsil siyasəti və məktəbəqədər təhsilin inkişafı departamentinin direktoru Aleksandr Reut TASS-a açıqlamasında bəyan edib.
Onun sözlərinə görə, təklif olunan qanun layihəsi birbaşa olaraq ölkənin əsas qanunu ilə ziddiyyət təşkil edir:
"Rusiya Konstitusiyasına əsasən, təhsil almaq hüququ həm Rusiya vətəndaşlarına, həm də ölkə ərazisində olan xarici vətəndaşlara təqdim olunur. Ümumi təhsil - o cümlədən orta məktəb təhsili - pulsuz şəkildə təmin edilir, orta peşə təhsili də dövlət hesabına təqdim olunur. Ali təhsil də ödənişsizdir, lakin bu, müsabiqə əsasında həyata keçirilir".

Qeyd edək ki, daha əvvəl Rusiya Federal Məclisinin Dövlət Dumasının Əmək, sosial siyasət və veteran işləri üzrə komitəsinin sədri Yaroslav Nilov özünün "Telegram" kanalında fraksiyalararası yeni qanun layihəsinin hazırlanması barədə məlumat vermişdi. Yeni sənəd miqrant uşaqlar üçün Rusiya məktəblərində pulsuz təhsilin tam şəkildə - 1-ci sinifdən 11-ci sinifədək - qadağan olunmasını nəzərdə tutur.

Xatırladaq ki, 2024-cü ildən bəri bir qrup deputat bu istiqamətdə oxşar qanun layihəsi irəli sürüb.
Избранный
32
42
sherg.az

10Источники