RU

İngiltərə bankı uçot dərəcəsi ilə bağlı vacib qərar çıxarıb

Bakı. Trend:

Britaniyada İngiltərə Bankı (Bank of England) əsas uçotdərəcəsini cümə axşamı 0,25 faiz bəndi azaldaraq 4%-ə endirib.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu faiz endirimi, ötən ilin avqust ayından bəriBankın etdiyi beşinci azalmadır. Həmin vaxt siyasətçilər borclanmaxərclərini son 16 ilin ən yüksək göstəricisi olan 5,25%-dənendirməyə başlamışdılar. İpotekalar, eləcə də istehlakçı və bizneskreditləri üçün göstərici sayılan Bankın əsas faiz dərəcəsi hazırda2023-cü ilin mart ayından bəri ən aşağı səviyyədədir.

Britaniyanın maliyyə tənzimləyicisinin bu addımı, iqtisadiartımın zəiflədiyi bir vaxtda iqtisadiyyatı canlandırmaq məqsədidaşıyır.

Bu qərar maliyyə bazarlarında geniş şəkildə gözlənilirdi, çünkiBankın Pul Siyasəti Komitəsi inflyasiyaya nəzarət vəzifəsini yerinəyetirməklə yanaşı, artan vergilər və ABŞ Prezidenti Donald Trampınqlobal “ticarət müharibəsinin” iqtisadi artımı ləngidə biləcəyindənnarahatdır.

Məqalədə:
Избранный
36
az.trend.az

1Источники