RU

Miqrasiya qanunvericiliyi sərtləşir: Rusiya və Azərbaycan arasında sosial risklər - ÖZƏL

Rusiya ərazisində yaşayan milyonlarla miqrant üçün geri sayım başlayıb. 2025-ci il sentyabrın 10-dan etibarən ölkədə sərtləşdirilmiş miqrasiya qanunvericiliyi qüvvəyə minəcək. Bu, yalnız hüquqi mexanizm deyil, həm də minlərlə insanın taleyinə birbaşa təsir edəcək qərardır. Artıq bəzi ölkələrin - o cümlədən Qırğızıstanın diplomatik nümayəndəlikləri hərəkətə keçərək vətəndaşlarına statuslarını tənzimləməyi tövsiyə edir.
Yeni miqrasiya qaydaları Azərbaycanın Rusiyadakı əmək miqrantlarına və oradakı azərbaycanlı diasporuna hansı riskləri və ya çağırışları yarada bilər?
Mövzu ilə bağlı  Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 

" İstənilən halda qəbul edilən belə bir qərar, yəni miqrantlarla bağlı qaydaların sərtləşdirilməsi, əlbəttə ki, onlar üçün çətinlik yaradacaq. O cümlədən bizim diaspor, səfirlik və konsulluq əməkdaşları üçün də. Çünki minlərlə, bəzən verilən rəqəmlərə görə hətta  milyonlarla miqrant var və belə bir qərar onların iş, yaşayış və ümumiyyətlə həyat şəraiti baxımından çətinlik yaradan bir hal olacaq. Bu, eyni zamanda azərbaycanlı miqrantlara və Azərbaycan diasporasına da aiddir. Yəni belə bir situasiyanın mövcudluğu təbii ki, Rusiyanın özü üçün də çətinlik yarada bilər. Düzdür, onlar məsələn, Cənubi Qafqaz və Orta Asiya ölkələrindən gələn miqrantları başqa ölkələrdən gələnlərlə əvəz etməyi düşünürlər.
Amma istənilən halda bu, Rusiya üçün də çətinlik yaradacaq. Çünki miqrantlar Rusiyada işləyir, fayda verirlər, əmək qüvvəsidirlər. Amma indi Rusiya artıq bu məsələləri sərtləşdirir və bu, təbii ki, çox ciddi çətinliklər, problemlər yarada biləcək". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
60
50
olaylar.az

10Источники