AZ

Şahin Şıxlinski təkadamlıq kameraya yerləşdirilib

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Kameranın təxminən 6 kvadratmetr sahəsi var, içərisində çarpayı, unitaz, masa və rəf mövcuddur

Ural bölgəsində Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinski Rusiyada cinayət işi çərçivəsində həbs olunaraq Yekaterinburq şəhərində yerləşən 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. AYNA.AZ xəbər verir ki, bu barədə "Ura.ru" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Kameranın təxminən 6 kvadratmetr sahəsi var, içərisində çarpayı, unitaz, masa və rəf mövcuddur. Şıxlinski yaxınlarından sovqat və kitab almaq hüququna malikdir.

Hüquq müdafiəçisi Aleksey Sokolovun fikrincə, bu qərar onun təhlükəsizliyi ilə bağlı qəbul olunmuş ola bilər.

Şıxlinski avqustun 2-də Moskvada hüquq-mühafizə orqanlarına könüllü təslim olub. Onun barəsində qətl cəhdində və xüsusi təyinatlı əməkdaşa qarşı zorakılıqla bağlı  ittiham irəli sürülüb.

Şıxlinski ittihamları rədd edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
2
ayna.az

10Mənbələr