ABŞ prezidenti Donald Tramp müttəfiqləri ilə söhbətində rusiyalı həmkarı Putinin Ukrayna üzrə sülh danışıqlarına başlamağa hazır olduğunu etiraf edib.
XəzərNews.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Agentliyin mənbələrinə görə, Trampın xüsusi nümayəndəsi Steven Witkoff Putinlə görüşdükdən sonra Amerika lideri müttəfiqlərinə rusiyalı həmkarı ilə görüş keçirməyi düşündüyünü bildirib. Bundan əlavə, Tramp Ukraynada atəşkəs perspektivlərini müsbət qiymətləndirib.
“O, həmçinin təklif edib ki, Putin ərazi mübadiləsini müzakirə etmək müqabilində sülh danışıqlarına başlamağa hazırdır”, - nəşr yazır.
Xəbər 30 dəfə oxunub.