RU

bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı azalıb

2025-ci ilin ilk 6 ayı ərzində bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 18 nəfər azalıb.

Marja.az-ın əldə etdiyi məlumata görə, 2025-ci ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

Qeyd edək ki, 2024-cü ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2413 nəfər olmuşdu.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

Избранный
45
41
marja.az

10Источники