33 yaşlı cənubikoreyalı sol cinah hücumçusu Son Hın Min “Tottenhem”dən azad agent qismində “Los-Anceles”ə qoşulub.
Arena.az bu barədə ABŞ klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilin dekabr ayına qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Son Hın Min “Hamburq”un məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Bayer” və “Tottenhem”də çıxış edib.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Son kapitanı olduğu “Tottenhem”in heyətində 46 oyuna 11 qol vurub, 12 məhsuldar ötürmə verib.
Son hazırda kapitanı olduğu, 2010-cu ilin dekabr ayında debüt etdiyi Cənubi Koreya Respublikası yığmasının heyətində 134 oyun keçirib, 51 qol vurub, 23 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
