Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
***
Şəmkirdə 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub. Yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.
Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
APA-nın məlumatına görə, sürücü Arif Bağırovun sükan arxasında ürəktutmadan dünyasını dəyişdiyi ehtimal olunur. Dəhşətli qəzaya isə bu hadisənin səbəb olduğu bildirilir.