ain.az, News24 saytına istinadən bildirir.
Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
News24.az APA-ya istinadən xəbər verir ki, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var:
- M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini
- N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini
- K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini
- Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini
- B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı
Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb.
Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.