RU

Benzianın yeni klubu məlum oldu FOTO

ain.az, Metbuat portalına istinadən məlumat yayır.

Yay fasiləsində "Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Fayha" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
13
metbuat.az

10Источники