RU

Şəmkirdəki ağır qəzada ölənlərin və yaralananların adları məlum oldu

Bakı. Trend:

Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarətalanların və ölənlərin adları məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində1992-ci il təvəllüdlü Bayramov Şadət, 1975-ci il təvəllüdlü BəstiNəbiyeva, 1977-ci il təvəllüdlü Aydın Pənahov, 1962-ci iltəvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov,1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova və 1966-cı il təvəllüdlüBağırov Arif həyatını itirib.

Qəza zamanı 1975- ci il təvəllüdlü Şahniyar Pənahova, 1969-cu iltəvəllüdlü Kamran Məmmədov, 2004-cü il təvəllüdlü Nərmin Əliyeva,1995-ci il təvəllüdlü Məcid Qəribov və 1970-ci il təvəllüdlüBəkinaz Gözəlova isə müxtəlif dərəcəli bədən xəsarətlərialıblar.

Hadisə yerinə Dövlət Yol Polisnin əməkdaşları cəlb olunub,müvafiq araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şəmkirdə ağır yol qəzası baş verib. HadisəBakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindənkeçən hissəsində qeydə alınıb. Belə ki, Bakıdan Qazax istiqamətindəhərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınınaçırpılması nəticəsində 7 nəfər ölüb.

Məqalədə:
Избранный
101
5
az.trend.az

5Источники