RU

Tramp komandasını Putin və Zelenski ilə görüşləri tez hazırlamağa çağırıb

ABŞ prezidenti Donald Tramp öz komandasını Kreml lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşləri planlaşdırmaqda tez hərəkət etməyə çağırıb. Bu barədə CNN məlumat yayıb.

Qeyd edək ki, dünən Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya gələrək Putinlə danışıqlar aparıb. Əsas mövzu Ukrayna müharibəsi olub. Bundan sonra Tramp Avropa liderlərinə telefonla Putinlə bəlkə gələn həftə görüşmək istədiyini, bundan sonra Zelenskinin də iştirak edəcəyi üçtərəfli danışıqların aparılacağını bildirib. Aİ hökumətindəki CNN mənbəsi belə bir söhbətin məzmununu təsdiqləyib.

Ağ Evin iki rəsmisi də nəşrə bildiriblər ki, Putin Whitkoff ilə görüşü zamanı Trampla görüşməyi təklif edib.

İki rəsminin sözlərinə görə, Trampın köməkçiləri dərhal bu görüşləri planlaşdırmağa başlayıblar. Bir qayda olaraq, prezidentlərin səfərlərini və iki dünya lideri ilə mühüm görüşləri planlaşdırmaq vaxt tələb edir. Bununla belə, Ağ Ev rəsmilərinin qeyd etdiyi kimi, Tramp komandasını tez hərəkətə keçməyə çağırıb

"Ağ Evin məlumatına görə, görüş yeri hələ müəyyən edilməyib, lakin bir neçə variant müzakirə edilir. Bəyanatda həmçinin bildirilir ki, danışıqlar gələn həftə və ya yaxın iki həftə ərzində baş tuta bilər", - CNN əlavə edib.

Əziz MUSTAFA

Избранный
110
50
oxumeni.az

10Источники